AVTO

14 Mart

ABŞ-da sürücüsüz avtomobillərin istifadəsinə icazə verildi

ABŞ-ın Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi üzrə Milli İdarəsi (NHTSA) sürücüsüz avtomobillərin istehsalı üçün yeni qaydaları dərc edib.

Avtomobil şirkətlərinə avtonom idarəetmə sistemləri ilə təchiz edilmiş avtomobilləri sürücü oturacağı, sükan çarxı və digər idarəetmə vasitələri olmadan istehsal etməyə icazə verilib.

Sənəddə qeyd olunub ki, sürücüsüz avtomobillər insan tərəfindən idarə edilən nəqliyyat vasitələri ilə eyni səviyyədə sərnişin təhlükəsizliyini təmin etməlidir.

Həmçinin bildirilib ki, sürücüsüz  avtomobildə uşaqlar ənənəvi olaraq sürücü oturacağının olduğu yerdə oturmamalı, bu hal baş verərsə, avtomobil dərhal hərəkətini dayandırmalıdır.