"Formula 1"də çıxış edən ABŞ-ın "Haas" komandası rusiyalı pilot Nikita Mazepinlə müqaviləni pozub.
Belə bir qərar Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar qəbul olunub.
"Haas" eyni addımı titul sponsoru olan Rusiyanın "Uralkaliy" şirkətinə qarşı da atıb.
Beynəlxalq Avtomobil Federasiyası (FIA) isə Rusiya və Belarusdan olan pilotlarını buraxmaqdan imtina edən federasiyalara qarşı bir sıra sanksiya tədbirləri qoyacağına dair sirkulyar yayıb. Bu qərarı bütün üzvlərin yerinə yetirmələrinin məcburi olduğu vurğulanıb.
Qeyd edək ki, FIA martın 1-də Rusiya və Belarusdan olan pilotları beynəlxalq yarışlardan kənarlaşdırmamağı qərara alıb. Lakin həmin idmançıların neytral bayraq altında çıxış etməsinin mümkünlüyü vurğulanıb. Ötən mövsüm Nikita Mazepin heç bir xal toplamadan sonuncu yeri tutub. Qalib adını isə "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen qazanıb.