AVTO

25 Fevral

Avtomobil istehsalçıları Rusiyaya tədarükü dayandırır

Bir sıra avtomobil istehsalçısı Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyaya yeni avtomobillərin tədarükünü dayandırıb.

Bu barədə "Vedomosti" yazır.

Məlumata görə, "Audi" və "General Motors" tərəfindən fevralın 24-dən Rusiyaya avtomobillərin tədarükünü qeyri-müəyyən müddətə dayandırılıb. Yaxın vaxtlarda "Skoda", "Porsche" və "Volkswagen Commercial Vehicles" brendlərinin sahibi olan "Volkswagen" konserni də analoji qərar qəbul etməlidir.

 

"Autoreview" yazır ki, yeni avtomobillərin Rusiyaya ixracı "Jaguar Land Rover" konserni tərəfindən də dayandırılıb.

Xatırladaq ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın başladığını elan edib. Bununla bağlı bir sıra ölkə Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalar tətbiq edib.