AVTO

30 Sentyabr

Yenidən canlandırılmış Honda modelinin ilk görüntüləri - FOTO

Honda Integra və Acura Integra modellərinin yenidən canlandırılması ilə bağlı yeni detallar ortaya çıxıb. Əvvəlki illərdə bu moodellər faktiki olaraq fərqli bazarlar üçün buraxılan eyni avtomobillərdisə, indi Honda eyni aqreqat bazasında olsa da, iki fərqli avtomobili hazırlayır. Bu cütlükdən işıq üzünü görəcək ilk model Honda Integra modeli olacaqdır və artıq yapon istehsalçısı onun ilk şəkillərini dərc edib.

Bu avtomobil Çin bazarı üçün nəzərdə tutulub və əslində yeni on birinci nəsil Honda Civic sedanının yenidən dizayn edilmiş versiyasıdır. Məsələ ondadır ki, ÇXR-də “əkizlərin” istehsalı ilə müxtəlif zavodlar məşğul olacaqdır. Civic artıq Dongfeng-Honda birgə müəssisəsində istehsal olunur, Integra isə GAC-Honda birgə müəssisəsinin konveyer xəttindən çıxacaqdır. Artıq eyni üsulla, Inspire (Akkord modelinin analoqu) və Avancier (UR-V krossoverinin əkizi) adları Səma İmperatorluğunda yenidən canlandırılıb.

Çində satılan Honda Integra modeli Civic modelindən yalnız bamperləri və işıqlandırma cihazları ilə fərqlənir, üstəlik avtomobilin xarici görünüşü 90-cı illərin ikinci yarısında buraxılmış yapon Integra modellərinə bənzəyir. Yeni dayaq sedanın uzunluğunu 15 millimetr (4689 millimetr) artırıb.

Avtomobilin interyeri hələlik nümayiş olunmayıb, amma bu sahədə də Civic modelindən ciddi fərqin olacağını güman etmirik. Məlum məsələdir ki, avtomobillər 182 at qüvvəli 1,5-litrlik turbomühərrik də daxil olmaqla eyni texnikaya sahib olacaqlar. Autograph.az