27 senytabr Anım Günü ilə əlaqədar olaraq, Bakıda Ağ şəhər bulvarı istiqamətində kəsişən, bitişən bəzi küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamətlər dəyişdirilir.
Bunu Fins.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Ddövlət Yolisi Polisi İdaərisinin təbliğat üzrə inspektoru, polis leytanantı Rüstəm Muradlı bildirib.
Onun sözlərinə görə, səhər saat 06:30-dan 14:00-a qədər Afiyəddin Cəlilov, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Puşkin, Rixard Zorge, Kövkəb Səfərəliyeva, Niyazi və Mehdi Hüseyn küçələri, Azadlıq və Neftçilər prospektləri, eləcə də Azneft meydanından avtomobillərin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.
Həmçinin Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl və 20-ci sahə qəsəbələri yanından isə avtomobillərin hərəkət istiqaməti dəyişdirilir.
Saat 12:00-da ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcək.