AVTO

22 Sentyabr

100 dollara elektromobil satılır

Çinin onlayn ticarət platforması olan “Alibaba”da dünyanın ən ucuz elektromobilinin satışına başlanılıb.

Fins.az motor.ru-ya istinadən xəbər verir ki, o, yalnız bir nəfərin daşınması üçün nəzərdə tutulub.

Elektromobil şəhər yollarında hərəkət etmək üçün bütün lazımi cihazlarla təchiz edilib.

Maksimal sürəti 40 km/saat olan elektromobil birdəfəyə 60 km məsafə qət edir.

Çin istehsalı elektrokarın uzunluğu 2133 mm, eni 900 mm, hündürlüyü isə 1495 mm-ə bərabərdir. Komplektasiya və çatdırılma şərtlərindən asılı olaraq nəqliyyat vasitəsinin qiyməti 100-4000 dollar arasında dəyişir.