AVTO

09 Sentyabr

“Mercedes” hibrid avtomobillərdən imtina edəcək

Almaniyanın “Daimler” konserninə daxil olan məşhur avtomobil istehsalçısı “Mercedes-Benz” qoşulan hibridli güc qurğularına daha investisiya qoymayacaq.

Bunu konsernin inkişaf şöbəsinin başçısı Markus Şefer deyib.

Cərəyana qoşulan hibrid avtomobil elektrikli və daxili yanma olmaqla iki güc aqreqatına malikdir. Hər iki sistemin isə birlikdə işləməsini təmin etmək isə tam elektrikli sistemə nisbətən bahalı və qəlizdir.

“Mercedes-Benz” 2030-cü ilə qədər tamamilə elektrikli avtomobillərə keçməyi planlaşdırır. Belə ki, 2022-ci ilə kimi bütün seqmentlərdə brendin avtomobillərinin elektrikli versiyası olacaq. 2025-ci ildən başlayaraq nəqliyyat vasitələrinin bütün yeni arxitekturası elektrikli olacaq və müştərilər hər model üçün tam elektrikli alternativ seçə biləcəklər.