2021-ci ilin birinci yarısında Azərbaycana 22 633 ədəd qığılcımla alışan (benzin və qazla işləyən) daxili yanma mühərrikli (DYM), 9 161 ədəd dizel mühərrikli, 11 ədəd xüsusi təyinatlı və 22 ədəd digər növ minik avtomobili gətirilib.
Qığılcımla alışan DYM-li minik avtomobillərinin ümumi dəyəri 246 565 170 dollar, dizel mühərrikli avtomobillərin ümumi dəyəri isə 67 224 500 dollar olub.
Qığılcımla alışan DYM-li minik avtomobillərindən 257 ədədi mühərrikinin həcmi 1000 kub sm-dən çox olmayan, 12 121 ədədi mühərrikinin həcmi 1 000-1 500 kub sm olan, 10 110 ədədi mühərrikinin həcmi 1 500-3 000 kub sm olan, 145 ədədi mühərrikinin həcmi 3 000 kub sm-dən çox olan minik avtomobilləridir.
Ölkəyə gətirilən dizel mühərrikli avtomobillərdən 4 020 ədədi mühərrikinin həcmi 1500 kub sm-dən çox olmayan, 4 889 ədədi mühərrikinin həcmi 1 500-2 500 kub sm olan, 252 ədədi isə mühərrikinin həcmi 2 500 kub sm-dən çox olan minik avtomobilləridir.
Xüsusi təyinatlı minik avtomobillərinin ümumi dəyəri 37 160 min dollar, digər növ minik avtomobillərinin dəyəri 287 000 dollar olub.
İlin ilk rübündə minik avtomobilləri Azərbaycana dünyanın 31 ölkəsindən - Rusiya, Almaniya, ABŞ, Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Cənubi Afrika, Çexiya, Çin, Fransa, Hindistan, İndoneziya, İran, İspaniya, İsveç, İtaliya, Kanada, Koreya, Macarıstan, Mavrikiya, Mavritaniya, Meksika, Mərakeş, Niderland, Rumıniya, Slovakiya, Sloveniya, Tailand, Türkiyə, Yaponiya, Yeni Zelandiyadan idxal edib.
ABŞ - ümumi dəyəri 60 673 040 dollar olan 7 355 ədəd avtomobil idxal edilib. Onlardan 7 279 ədədi qığılcımla alışan DYM-li, 76 ədədi dizel mühərrikli olub.
Koreya - ümumi dəyəri 43 849 610 dollar olan 6 633 ədəd avtomobil idxal edilib. Onlardan 2 831 ədədi qığılcımla alışan DYM-li, 3 802 ədədi dizel mühərrikli olub.
Almaniya - ümumi dəyəri 74 987 360 dollar olan 6 344 ədəd avtomobil idxal edilib. Onlardan 4 101 ədədi qığılcımla alışan DYM-li, 2 248 ədədi dizel mühərrikli olub.
Rusiya - ümumi dəyəri 25 392 580 dollar olan 2 519 ədəd avtomobil idxal edilib. Onlardan 2 518 ədədi qığılcımla alışan DYM-li, 1 ədədi sıxılmaqdan alışan DYM-li (dizel mühərrikli) olub.
Yaponiya - ümumi dəyəri 30 516 310 dollar olan 1 850 ədəd avtomobil idxal edilib. Onlardan 1 530 ədədi qığılcımla alışan DYM-li, 317 ədədi dizel mühərrikli, 3 ədədi digər növ minik avtomobili olub.
Meksika - ümumi dəyəri 14 345 150 dollar olan 1 725 ədəd avtomobil idxal edilib. Onlardan 1 715 ədəd qığılcımla alışan YDM-li, 9 ədədi dizel mühərrikli, 1 ədədi digər minik avtomobilləri kateqoriyasında olub.
Çin - ümumi dəyəri 13 075 820 dollar olan dollar olan 872 ədəd avtomobil idxal edilib. Onlardan 757 ədədi qığılcımla alışan DYM-li, 88 ədədi dizel mühərrikli,11 ədəd xüsusi təyinatlı, 16 ədədi digər növ minik avtomobilləri olub.
Slovakiya - ümumi dəyəri 8 644 790 dollar olan 837 ədəd avtomobil idxal edilib. Onlardan 417 ədəd qığılcımla alışan YDM-li, 420 ədəd dizel mühərrikli avtomobil olub.
Türkiyə - ümumi dəyəri 5 896 780 dollar olan 832 ədəd avtomobil idxal edilib. Onlardan 334 ədədi qığılcımla alışan DYM-li, 498 ədədi dizel mühərrikli olub.
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından - ümumi dəyəri 16 157 270 dollar olan 827 ədəd avtomobil idxal edilib. Onlardan 219 ədədi qığılcımla alışan DYM-li, 608 ədədi dizel mühərrikli olub.
Oxu.Az