Böyük Britaniyada iyul ayında 53 438 avtomobil istehsal olunub ki, bu da son 65 il ərzində qeydə alınmış ən aşağı göstəricidir.
Trend-in məlumatına görə, iyul ayında istehsal ötən ilin iyulu ilə müqayisədə 37,6 faiz azalıb.
Britaniya Avtomobil İstehsalçıları və Satıcıları Assosiasiyası 2021-ci ildə 1 milyon avtomobilin istehsal olunacağını proqnozlaşdırır.
Qeyd edək ki, koronavirus pandemiyasından əvvəl, 2019-cu ildə Böyük Britaniyada 1,3 milyon avtomobil istehsal olunmuşdu.