AVTO

19 Avqust

“AvtoVaz” çip çatışmamazlığına görə istehsalı yenidən dayandırır

Rusiyanın “AvtoVaz” şirkəti avqustun 23-dən etibarən bir həftəlik Tolyatti şəhərindəki zavodunda avtomobil istehsalını dayandıracaq.

Buna səbəb kimi Almaniyanın “Bosh” şirkətinin tədarük etdiyi elektron hissələrin çatışmamazlığı göstərilir.

Bu zavodda “Lada Granta”, “Lada Xray”, Lada Largus”, “Lada Niva”, həmçinin “Renault Logan” modelləri istehsal edilir.

Xatırladaq ki, çip çatışmamazlığına görə “AvtoVaz” son bir ayda istehsalı bir neçə dəfə dayandırmaq məcburiyyətində qalıb.