"Formula 1" üzrə Yaponiya Qran-prisi ləğv edilib.
Bu barədə yarışın rəsmi tvitter hesabı məlumat yayıb.
Yerli hökumət ölkədə koronavirus pandemiyası ilə bağlı davam edən çətinliklər ucbatından bu qərara gəlib.
Qeyd edək ki, Yaponiya Qran-prisi 8 - 10 oktyabrda keçirilməli idi. Azərbaycan Qran-prisi 4-6 iyunda gerçəkləşib.