AVTO

12 Avqust

Amazon-un dəstəklədiyi Rivian, Texasda istehsal müəssisəsi quracaq

Amazon-un dəstəklədiyi elektrikli avtomobil istehsalçısı Rivian, Texasda 5 milyard dollarlıq zavod tikmək üçün danışıqlar aparır
Bloomberg News-un əldə etdiyi sənədlərə görə Amazon-un dəstəklədiyi elektrikli avtomobil startapı Rivian, Texas ştatının Fort Worth şəhərində 5 milyard dollarlıq müəssisə qurmaq üçün danışıqlar aparır.

Kod adı 'Project Tera' olan müəssisənin illik 200.000 nəqliyyat vasitəsi istehsal gücünə sahib olacağı və 2027 -ci ilə qədər ən az 7500 adamın işlə təmin olunacağı bildirilir.

Baş ofisi Kaliforniya ştatının Irvine şəhərində olan avtomobil istehsalçısı Tesla ilə rəqib olmağa hazırlaşan startaplardan biridir.

City of Fort Worth İqtisadi İnkişaf Birliyinin Bələdiyyə Məclisinə etdiyi təqdimatda, Texas şirkətinin 440 milyon dollar civarında vergi güzəştləri verəcəyi bildirilib.

Müəllif: Aynur Qəniyeva