AVTO

04 Avqust

Subaru 165 min avtomobili geri çağırır

Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Subaru” şirkəti ABŞ bazarından 165 min avtomobili geri çağırır.

Buna səbəb nəqliyyat vasitələrinin yanacaq nasosunda qüsur olmasıdır.

Belə ki, hərəkət zamanı mühərrik qəfil dayana bilər ki, bu da qəza riskini artırır.

Avqustun 29-da start götürəcək geriçağırma kampaniyası 2018-ci ildə istehsal edilmiş “Ascent” və “Forester”, eləcə də 2018-2020-ci illərin buraxılışı olan “Impreza”, "Legacy” və “Outback” modellərini əhatə edəcək.

(c)Report