AVTO

30 İyul

“Audi” benzin mühərrikli avtomobilləri istehsal etməyəcək

“Audi AG” şirkəti benzin mühərrikli avtomobillərin istehsalını tam dayandırmaq niyyətindədir.

Şirkətin son bu cür modeli “Q8” tam ölçülü SUV-nin 2026-cı ildə təqdim olunacaq növbəti nəsil avtomobili olacaq. Beləcə mövcud benzin mühərrikli avtomobillər ömrünü başa vurduğunadək işlədiləcək və sonra elektrik avtomobil istehsalına başlanılacaq.

Belə ki, “A3”, “A4”, “A5”, “A6” sedanları, həmçinin “Q” seriyalı bütün SUV-lər planlı yenilənmə zamanı elektrikləşdiriləcək. Bu zaman keçid variantı kimi hibrid versiyası istehsalına başlamadan birbaşa elektromobil versiyası istehsalına keçiləcək.

Bundan əvvəl “Audi” və “FAW” şirkətləri, Çinin Çanqçun şəhərin administrasiyası arasında birgə elektromobil istehsalına başlamaq barədə saziş imzalandığı bildirilmişdi.