Bu ilin yanvar-iyun aylarında Azərbaycana 397,6 milyon ABŞ dolları dəyərində 39 643 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 37,1 % və 69,3 % çoxdur.
Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 21,05 % azalaraq 60 ədəd (4,9 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 67,6 % artaraq 36 741 ədəd (345,4 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 4 878-i (30 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 36-sı (1,25 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,4 dəfə artması, ikincinin isə 56,1 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 2,1 dəfə artaraq 2 794 ədəd (40,95 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 36 % azalaraq 48 ədəd (6,4 milyon ABŞ dolları dəyərində) olub.