AVTO

08 İyul

Azərbaycanda ən ucuz avtomobillər hansılardır?

Bir ilə yaxındır ki, Azərbaycanda sovet maşınlarının qiyməti əvvəlki illərə nisbətən çox bahalaşıb. Əksəriyyətin ucuzdur deyə almaq istədiyi həmin maşınların qiyməti təxminən az qala Avropa və Asiya maşınlarının qiymətinə çatır. Bəs görəsən, indiki dövrdə Azərbaycanda ən ucuz avtomobillər hansılardır?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının növbəti mövzusu Azərbaycanda satışa çıxarılan ən ucuz avtomobillərin qiymətləri ilə bağlıdır.
Bu dəfəki suala maşın bazarı araşdırmaçısı Sərxan Qədirov aydınlıq gətirib. O, bazarda ən aşağı qiymətə təklif olunan maşınların adlarını açıqlayıb:

“Ən ucuz maşınlar özlərini doğrulda bilməyən modellərdir. Onların arasında son illər Azərbaycana idxal olunan avtomobillər də var. Həmin maşınlar alıcıların etimadını doğrultmadı, ehtiyat hissələri azdır. Bunlara “Renault Megan”, “Renault Scenic” kimi fransız avtomobillərini, “Wolksvagen”in bir sıra modellərini və “Seat”ı aid etmək olar. Həmin maşınlar azərbaycanlı alıcılar tərəfindən bəyənilmir. Hazırda “Renault Megan”ların qiyməti maksimum 8-9 min manata qədər təklif edilir. “Mercedes”lərin ucuz olanları yalnız köhnə “190-A” klasslardır. Həmçinin “Daewoo Espero”, “Lanos” avtomobilləri də çox ucuzdur. Onlar bazarda 3-4 min manat arası qiymətə satışa qoyulur.

Bazarda bahalı olan maşınlar isə köhnə “Mercedes”lər və sovet maşınlarıdır”.