“Audi”nin Danimarka bölməsi bildirir ki, 3-cü tərəf alternativ çərəzlərdən istifadə edərək müştəri geri dönüşlərini 70%-cən artırmaq mümkündür.
Layihə üzrə “PHD Media Denmark” agentliyi Semasio həllərindən istifadə edərək işləyib.
Kampaniya Avropa İttifaqının Ümumi Data Təhlükəsizliyi Qanunvericiliyinə ciddi riayət edildiyi güman edilən Danimarkada həyata keçirilib. Qeyd etmək lazımdır ki, Danimarkada yaşayan istehlakçıların bir çoxu iPhone markalı telefonlardan istifadə edirlər, dolayı yolla Safarinin çərəzləri bloklayır. Almaniya şirkəti “Semasio” bildirir ki, bu da çərəz kampaniyalarının 35% geri dönüş almağına səbəb olur.
“Semasio” və “PHD Media Denmark”ın bərabər həll üsulu həm kontektstual marketinq, həm də tarqetinq üzrə irəliləyir. Birinci mərhələdə “Audi” media istehlakına və demoqrafik dataya nəzər yetirib. Bu təhlillərə əsasən hansı müştərilərin məhsul almaq istədiyini, hansının isə, ümumiyyətlə, heç nə almaq istəməməsi aydınlaşdırılıb. Bununla da geri dönüşüm üçün hibrid tarqetinq 70% nəticə verib.
İkinci mərhələdə şirkət öz müştəri datasından istifadə edib.