“Mercedes Benz” gələcəklə bağlı önəmli bir qərar alıb. Şirkətin ana markası olan “Daimler AG” “AMG”,”Maybach” və “Gseries” modellərini tək bir marka altında cəmləşdirəcəyini rəsmən açıqlayıb. Şirkət bu yeni markanı isə sentyabr ayında keçiriləcək olan “Münhen Avto Şou”sunda nümayiş etdirəcək.
Şirkət bu qərarın mənfəət marjini artırmaq üçün bir həmlə oluğunu açıqalayıb. “Daimler AG” bu modelləri bir marka altında toplayaraq həm xərcləri azaldacaq, həm də satışların yüksəlməsinə şərait yaradacaq. Bəhsi keçən yeni qrupu isə “AMG”nin rəhbəri Philipp Schiemerin idarə edəcəyi gözlənilir. Məlumata görə bu yeni qrupda “Mercedes”in performans qanadı “AMG”, “Rolls-Royce” və “Bentley”ə rəqib olan “Maybach” və ən ikonik məhsullarından olan G-Seriyası modelləri yer alacaq.