AVTO

12 İyul

Almaniya iqtisadiyyatının ekoloji relslərə keçməsi sərmayə tələb edir

Yaxın bir neçə ildə Berlin iqlim üçün daha əlverişli iqtisadiyyata keçidə böyük həcmdə vəsait xərcləməlidir.

Bu barədə Almaniya hökumətinin başçısı Angela Merkel Sənaye Günü ilə əlaqədar paytaxtda çıxışı zamanı bildirib. O qeyd edib ki, ölkə iqtisadiyyatının ekoloji relslərə keçməsi böyük həcmdə sərmayə və islahatlar tələb edəcək. Federal kansler bildirib ki, bu, bir tərəfdən iqtisadi məsələdir. Lakin elə sahələr var ki, bunu dövlətin dəstəyi olmadan yerinə yetirmək mümkün deyil.

Kansler bu doktrinada əsas istiqamətlərdən biri kimi sürücülərin dizel yanacağı ilə işləyən maşının sükanı arxasından elektrik enerjisi ilə işləyən avtomobillərin sükanı arxasına keçmələrini xüsusi vurğulayıb.