AVTO

09 İyun

“Renault” yeni elektrikli krossover buraxacaq

Fransanın “Renault” şirkəti yeni “Megane E-Tech” elektrikli krossoverinin fotosunu paylaşıb.

Görünüşcə model 2020-ci ilin oktyabrında təqdim edilən “Megane eVision” avtomobilinə bənzəyir. Buna baxmayaraq, şirkət yeni modelin dizaynına bir neçə dəyişiklik etdiyini bildirir.

Avtomobilin seriya versiyası “CMF-EV” platforması üzərində qurulacaq. Maşın 217 at gücündə olan mühərrik və 60 kVt tutumlu akkumulyator komplekti ilə təchiz ediləcək. Qeyd edildiyi kimi, krossover bir şarjla 450 km məsafə qət edə biləcək.

Xatırladaq ki, 7 mayda “Renault” alternativ enerji mənbələrinə keçid sahəsində lider olmaq niyyətində olduğunu açıqlayıb. Plana görə, 2030-cu ildə şirkətin istehsal etdiyi on avtomobildən doqquzu elektrikli olacaq.

Beləliklə, 2025-ci ilə qədər “C” və “D” seqmentlərində yeddi yeni elektrikli “Renault” avtomobili çıxacaq, onlar sırasında yeni nəsil kross-kupe “Arkana E-Tech Hybrid” və “Megane E-Tech Electric” yer alacaq.

© Banker