AVTO

08 İyun

Buick şirkəti yenilənmiş modeli haqqında məlumat yaydı - FOTO

Buick şirkəti amerikan markasının faqmanı olan Enclave krossoverinin yenilənmiş versiyası barədə ətraflı məlumatı dərc edib. Xatırladaq ki, Enclave modeli Buick markasının model çeşidindəki ən böyük (uzunluğu 5,2 metr) və bahalı modeldir. İkinci nəsli Buick Enclave modeli 2017-ci ildə debüt edib və planlaşdırılmış yeniləmədən keçib.

Autograph.az saytı xəbər verir ki, krossover aqressiv üsluba malik olan ön tərəfə sahib olub: dəbli "ikimərtəbəli" ön fənərlərin üzərində gündüz hərəkət işıqları və dönmə siqnalları yerləşdirilib. Radiator barmaqlığının ölçüsü də daha böyük olub. Arxa hissədə köklü dəyişlik olmayıb, lakin burada yeni fənərlər və bamper peyda olub.