Hal-hazırda Porsche markasının tarixindəki ilk elektrokarı olan Taycan modeli baza versiyası ilə yanaşı, 4S, Turbo və Turbo S modifikasiyalarında da təklif olunur. InsideEVs nəşrinin bildirdiyinə görə, tezliklə Taycan ailəsi iki yeni versiya ilə tamamlanacaqdır: GTS və Sport Turismo.
Bu barədə məlumatı Taycan modelinin xaricdəki sahiblərindən biri əldə edib. Elektrokar sahibi bu məlumatları yerli dilerin satış şöbəsinin əməkdaşlarının birinin kompüterindəki daxili Porsche portalının səhifəsində görüb - məxfiliyi qorumaq üçün dilerin lokasiyası açıqlanmır.
O, hətta monitorun şəklini çəkməyə və onu elektromobil sahiblərinin forumunda yerləşdirməyə müvəffəq də olub, ancaq bir müddət sonra dərc olunmuş məlumatlar saytdan silinib. Porsche ənənəvi olaraq GTS (Gran Turismo Sport) indeksini trekə ünvanlanmış modellərə verir - belə modellər yüngül çəkisi, fərqli sükan tənizmləmələri və təkmilləşdirilmiş asqı sistemi ilə seçilirlər.
Çox güman ki, Taycan GTS modeli daha inkişaf etmiş aerodinamik kuzov dəstinə də sahib olacaqdır. Taycan Sport Turismo versiyasına gəldikdə isə, faktiki olaraq, bu elektrokar azaldılmış klirensi və “off-road” kuzov dəsti olmayan Cross Turismo universalı olacaqdır - Panamera modelinin eyni adlı modifikasiyası kimi.
Çox güman ki, yeni Taycan modelləri gələn il debüt edəcəklər.