AVTO

24 May

Yeni Land Cruiser necə olacaq?

2021-ci ilin ən çox gözlənilən yeni modellərindən biri olan Toyota Land Cruiser 300 ofrouderi bir daha məlumat sızmasının qurbanı olub. Bu dəfə markanın Cənubi Afrika bölməsi modelin yeni platformaya keçidiyi, ölçüləri və ötürmələr qutusu barədə məlumatı sızdırıb. Land.cruiser.300 Instagram profilində iki yeni yazı peyda olub. Onlardan biri nəsil dəyişikliyi ilə Toyota Land Cruiser modelinin TNGA-F arxitekturasına keçəcəyini (2022-ci model ilinin Tundra pikapı da bu platformaya əsaslanır) və 10-pilləli avtomatik ötürmələr qutusunu alacağını təsdiqləyir.

Yeni Land Cruiser ofrouderi Tundra modeli ilə təkcə platformanı deyil, həm də 415 at qüvvəli 3,5-litrlik V6 turbomühərrikini də bölüşəcəkdir. Alternativ olaraq 309 at qüvvəli 3.3-litrlik V6 turbodizeli də təklif ediləcəkdir. Toyota Land Cruiser modeli alüminiumdan hazırlanmış dam və tutumu 15 litr azaldılmış yanacaq çəni sayəsində sələfindən daha yüngül olacaqdır.

Yeni Toyota Land Cruiser modelinin təqdimatı 31 may - 1 iyun tarixlərində keçirilməlidir.