AVTO

24 May

Porsche Cayenne modelinin yeni versiyasını hazırlayır

Porsche şirkəti Cayenne Turbo Coupe modelinin yeni versiyasının yarış trekində keçirilən sınaqları barədə danışıb.

Yeni kupe-krossover 4.0-litrlik V8 mühərriki ilə təchiz edilmiş Cayenne modelləri arasında ən güclü krossover ola bilər: güc qurğusunun 631 at qüvvəsinə sahib olacağı proqnozlaşdırılır. Porsche markasının səfiri olan Valter Rörlün bildirdiyinə görə, Cayenne Turbo Coupe krossoverinin ən güclü versiyası “krossover kimi yox, idman avtomobili kimi idarə olunur”.

Yenilənmiş krossover 2021-ci ilin sonuna kimi debüt edə bilər.