AVTO

21 May

Ford elektrik pikapını təqdim edib - FOTO

Digər şirkətlər qeyri-adi elektrik pikapını yaratmağa çalışarkən, Ford şirkətinin marketoloqları ağlabatan qərar qəbul ediblər.

Məlumdur ki, Ford F-150 pikapı artıq 44 ildir ki, ABŞ-da ən çox satılan pikapdır və marketoloqlar onun elektrik variantını da bu ailənin daxilində və cəsarətli dizayn eksperimentləri olmadan yaradılmasının daha məqsədəuyğun olduğunu bildiriblər. Beləliklə, yeni Ford F-150 Lightning, şübhəsiz ki, Amerika bazarındakı ən mühafizəkar görünüşə malik olan elektrik pikapıdır.

Artıq Ligntining modelinin başlanğıc qiyməti açıqlanıb: “Şimşək” Cybertruck (belə Tesla yalnız arxa ötürmə ilə təklif edilir) ilə eyni qiymətə - 40 min dollara satılacaqdır. “Orta” XLT versiyası üçün 53 min dollar tələb olunur . Ford artıq sifarişlərin qəbuluna satrat verib və 100 dollarlıq behləri toplayır. “Şimşək” Detroyt şəhərinin yaxınlığındakı modernləşdirilmiş və hazırda Rouge Electric Vehicle Center adlanan tarixi zavodda istehsal ediləcəkdir.