AVTO

21 May

Volkswagen yeni modelini təqdim edəcək

Bu günə qədər Volkswagen şirkəti yeni T7 Multivan modelinin tizerlərini bol şəkildə yaymlayıb.

Alman istehsalçısı yeni furqonun interyeri, eksteryeri, transformasiya imkanlar və avadanlıqları barədə müəyyən məlumatın səsləndirildiyi videotizerləri dərc edib. Bu gün bu tizerlərin sırasına biri də qoşulub – bu dəfə mövzu yeni furqonun güc qurğusudur.

Qeyd olunur ki, yeni furqonun təqdimat tarixi 10 iyunda olacaq.