AVTO

21 May

Renault bu modelinin dizaynını patentləşdirib

Renault şirkəti Renault 4 modelinin müasir təfsirinə bənzəyən avtomobilin dizaynını Avropa patent orqanlarında qeydiyyatdan keçirib.

Retro üslubunda eksteryer dizaynına malik olan avtomobilin patent təsvirlərini Autovisie.nl saytı tərəfindən dərc edilib. Təsvirlərdən göründüyü kimi, klassik avtomobil elektrik krossoveri formasında yenidən canlandırılacaq.

Elektrik krossoverinin debütü bu ilin payızında baş tuta bilər. Əvvəllər Reanult şirkəti original modelin 2021-ci ildə keçiriləcək 60-illik yubileyinə xüsusi  sürpriz hazırladığını bildirmişdi. Fransız istehsalçısı 2025-ci ilə qədər 14 vacib modeli buraxcağına söz verib ki, onların arasında yeddi elektrokar, habelə C və D seqmentindən olan yeddi avtomobil olacaq.