Brembo şirkəti əyləc texnologiyası sahəsində tanınmış dünya lideridir, lakin şirkətin yeni G Sessanta support konsepsiyası sizə bir qədər qəribə görünə bilər.
Yeni supportların maraqlı xüsusiyyəti - onların LED işıqlandırmaya malik olmasıdır. Üstəlik, nəqliyyat vasitəsinin sahibi işqlandırmanın rəngini smartfonundakı tətbiq vasitəsi ilə dəyişdirə bilər. Aşağıda dərc etdiyimiz videoçarxda baykda quraşdırılmış G Sessanta supportlarını görmək olar. Lakin Brembo şirkətindən yeni texnologiyanı avtomobillərdə də tətbiq etmək imkanının olduğu bildiriblər.
Brembo şirkəti dəbli supportlar üzərində çoxdan işləyir. Şirkət 2019-cu ildə Cenevrə avtosalonunda naxışlarla bəzədilmiş supportları nümayiş etdirmişdi. Naxışların arasında arqayl, narıncı kamuflyaj, neon hərflər, yarpaqlar, Kit Harinqin naxışları, gepard və əjdaha təsvirləri də var idi.
![](/file/articles/2021/05/07/1620367762_105311_src.jpg)
![](/file/articles/2021/05/07/1620367817_105309_src.jpg)
![](/file/articles/2021/05/07/1620367794_105308_src.jpg)
![](/file/articles/2021/05/07/1620367774_105312_src.jpg)