AVTO

04 May

Ən çox satılan avtomobillər - SİYAHI

2020-ci ilin ən çox satılan avtomobili “Toyota Corolla”dır. Bu barədə fevralın 26-da "Autostat" analitik agentliyi məlumat verib. Agentlik bildirib ki, ötən il üçün dünyanın ən populyar yeni avtomobili “Toyota Corolla” hesab edilir. “Toyota”nın sadəcə bu modeli ötən il ümumilikdə 1 097 556 ədəd satılmışdır. Hələ üstəlik bu göstərici 2019-cu illə müqayisədə 10,5% azdır.

“Corolladan”dan sonra isə “Toyota”nın “RAV4”seriasının satış həcmi 995.762 ədəd təşkil edib. Podiumun üçüncüsü “Honda CR-V”dir. Ümumilikdə, 2020-ci ildə 736.980 avtomobil satılmışdır ki, bu da 2019-cu ilin yanvar-dekabr aylarına nisbətən% 9.2 azdır.

2020-ci ilin sonunda dünyanın ən çox satılan ilk 10 avtomobilinə “Honda Civic” (687 704 ədəd; -15.8%), “Toyota Camry” (609 303 ədəd; -12.9%), “Volkswagen Tiguan” (596 898 ədəd; -19.6%), “Nissan Sylphy” (546 631 ədəd; + 14.9%), “Volkswagen Golf” (475 205 ədəd; -30.4%), “2Toyota Yaris (458 578 ədəd; + 18%) və “Honda Accord” (451.261 ədəd; -15.5%)daxil edildi.