Hyundai şirkəti rəsmi olaraq N bölməsinin ilk krossoveri olan Kona N modelini təqdim edib. "Bərkgedən" model 2,0-litrlik dördsilindrli turbomühərrikə, aqressiv eksteryer dizaynına və ən müasir sürücüyə yardım sistemlərinə sahib olub.
Hyundai Kona N modeli eksklüziv Sonic Blue rənginə boyanıb və kuzov boyunca uzanan ziddiyyətli qırmızı xəttə malikdir. Krossover tərkibinə yeni bamperlər, qapı kandarları, eləcə də 19-düymlük təkər diskləri və nazik formalı LED işıq texnikası daxil olan aqressiv kuzov dəsti ilə təchiz edilib. Modelin arxa hissəsində əyləc işığı olan ikibölməli spoyler və buraxılış sisteminin iri çıxış boruları quraşdırılıb. Bundan əlavə, Kona N modeli daha sərt asqı sistemi yanaşı, əlavə gücləndiricilər və dayaqlar ilə də təchiz edilib.