AVTO

27 Aprel

Mercedes-Maybach sedanı daha “sadə” versiyaya sahib olub

Yeni Mercedes-Maybach S-Class sedanının dünya təqdimatından beş ay sonra dəbdəbəli limuzinin altısilindrli mühərriklə təchiz edilmiş “sadə” versiyası debüt edib.

480 indeksinə malik olan sadələşdirilmiş Maybach modelinin debütü Şanxayda keçirilən avtosalonda baş tutub. Bir müddət bundan sonra, Mercedes-Maybach S 480 modelinin digər bazarlarda da satışına başlanacaqdır. Hələlik isə altısilindrli dəbdəbəli sedan yalnız Çində satılır.