Honda şirkəti öz modellərinin interyer dizaynını dəyişdirməyə qərar verib və onun yaxın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyini göstərib. Yeni konsepsiyaya simplicity and something adlanır ki,bu da "sadəlik və başqa bir şey" mənasına gəlir.
Honda inqilabi yenilik təklif etmək fikrində deyil. American Honda Motor Co bölməsinin interyer dizaynı şöbəsinin yaradıcı direktoru Conatan Normanın dediyinə görə, o və komandası, klassik "maksimum insan – minimum maşın" yanaşmasını yenidən nəzərdəm keçiriblər və belə desək, visual qarışıqlığı ortadan qaldırıblar. Gələcək Honda modellərində diqqət faydalı məkanın maksimum dərəcədə artırılmasına yönələcəkdir. Avtomobilin funksionallığına aid olan"mexaniki komponentlərin" sayı isə, əksinə, minimuma endiriləcəkdir.