Paytaxtın küçə və prospektlərində piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, bu çərçivədə bir neçə təhsil müəssisəsinin yerləşdiyi R. Behbudov küçəsi 55 ünvanında mövcud eyni səviyyəli piyada keçidinin nizamlanması üçün işıqfor quraşdırılıb.
Nəticədə təhlükəsizlik səviyyəsi artırılıb, hərəkət növbəliliyi təmin edilib, əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, işıqfor dirəklərində çağırıcı qurğular yerləşdirilib.