Bu günə qədər Volkswagen markasının ən iri krossoveri adını Teramont (Amerikada - Atlas) daşıyırdı, amma artıq o bu adı təhvil verməli olacaq.
İlk baxışdan iri avtomobil təəssüratı yaratmasa da, Şanxay avtosalonunda təqdim edilmiş Volkswagen Talagon krossoveri ölçülərinə görə Teramont modelini üstələyir. Əslində yeni krossover iki il əvvəl namyiş etdirilmiş Volkswagen SMV Concept konsept avtomobilinin seriya versiyasıdır. Bu müddət ərzində krossover heç bir dəyişikliyə məruz qalmasa da, öz adına sahib olub.
Talagon FAW Volkswagen müəssisəsi üçün yaradılıb, Çində Teramont modelinin istehsalı ilə SAIC Volkswagen müştərək müəssisəsi məşğul olur. Belə rəsmi “əmək bölgüsü” həm Volkswagen, həm də Çin bazarında fəaliyyət göstərən digər qlobal oyunçular üçün adi bir haldır.