Volkswagen şirkəti ID ailəsinin üçüncü üzvünü təqdim edib. ID.3 hetçbeki və yığcam ID.4 krossoveri qlobal model olaraq satılslar da, bu gün Şanxayda təqdim edilən ID.6 xüsusi olaraq
Çin bazarı üçün yaradılmışdır. ID.6 modeli nə Avropada, nə də Amerikada satılmayacaqdır.Üstəlik, Çində iri elektrik krossoveri iki versiyada debüt edib.
Ölkənin şimalındakı FAW-VW müştərək müəssisəsi Volkswagen ID.6 Crozz modelini, cənubundakı SAIC-VW birgə müəssisəsi isə Volkswagen ID.6 X krossoverini istehsal edəcəkdir. Qeyd etmək gərəkdir ki, bənzər iş bölgüsü Çində satılan Volkswagen ID.4 krossoveri üçün tətbiq edilir. Eyni avtomobilin iki versiyası əsasən dizayn baxımından fərqlənirlər. Modelləri fərqləndirən cəhətlər bamperlər, ön fənərlər, arxa işıq texnikası və dekorudur .