Lincoln şirkəti Şanxay avtosalonunda yeni Zephyr Reflection premium sedanının seriyaöncəsi versiyasını təqdim edib. Baxmayaraq ki, amerikan markası öz vətənində sedanların istehsalına son verib, lakin Çin bazarıında təklif edilən model cərgəsində belə avtomobilin olması çox vacibdir.
Beləliklə, çinli müştərilərə ünvanlanmış sedan aqressiv dizayna və multimedia sisteminin üç ekranına sahib olacaqdır. Yeni Zephyr Reflection modelində amerikalı mühəndislər markanın əksər avtomobilinə xas olan klassik formalardan uzaqlaşıblar. Dəbdədbəli sedan kəskin kuzov xətlərini, inkişaf etmiş hava girişləri olan iri radiator barmaqlığını, habelə nazik formalı LED optikasını, uzun kapotu və "gizlənən" qapı tutacaqlarını əldə edib. Bundan əlavə, yeni sedan bötüv arxa fənərləri və ikirəngli təkər diskləri ilə seçilir.