Honda şirkəti Şanxay avtosalonunda yeni elektrik krossoverinin seriyaöncəsi versiyasını təqdim edib.
Zahiri cəhətdən, Honda SUV e: prototipi 2021-ci ilin fevralında təqdim edilmiş üçüncü nəsil HR-V krossoverini xatırladır.
Bununla birlikdə, benzin həmkarından fərqli olaraq, elektromobil çoxsaylı LED işıq mənbəyinə malikdir. Ön və arxa fənərlər ilə yanaşı, krossover kapotun kənarında, ön bamperdə və kandarlarda yerləşdirilmiş LED zolaqlar və işıqlanan loqotip ilə bəzədilib.