Dünən “Haval Azərbaycan Mərkəzi”ndə yeni “Haval F7x” eksklüziv modelinin video təqdimatı baş tutub. Pandemiya qaydalarına uyğun olaraq, Azərbaycanda ilk dəfə təqdimat interaktiv 3D effektlərlə izləyicilərə təqdim olunub.
“Haval F7x” kross kupe bazasında hazırlanmış gövdəsi ilə dərhal diqqəti cəlb edir. Düzgün qurulan aerodinamikası sürücüyə şəhərimizdə və bütün digər yollarda idarəetmə əminliyi verir.
Avtomobilin 2.0 litrlik turbo gücləndirilmiş mühərriki 190 at gücü və 340 n/m maksimal fırlanma anı hasil edə bilir. Bundan əlavə 7 pilləli yeni nəsil avtomatik sürətlər qutusuna malikdir.