Məşhur lüks avtomobil istehsalçısı “Bentley Motors” dünyanın ilk lüks yaşayış göydələni - “Bentley Residences”i inşa etmək planları barədə açıqlama verib.
Bu barədə avtovesti.ru xəbər yayıb.
Təşəbbüsə Cənubi Floridanın aparıcı əmlak şirkəti “Dezer Development” və məşhur memarlıq firması “Seger Suarez Architects” qoşulub.
Bina Mayamidə tikiləcək və ABŞ-ın sahil boyu ən hündür yaşayış göydələni olacaq.
60 mərtəbə 200-dən çox lüks mənzilin yerləşdiriləcəyi “Bentley Residences” 229 metr hündürlükdə olacaq.
Binanın hər mənzilinin açıq eyvanında hovuz, sauna və duş olacaq. İnteryer dizaynerləri ekoloji cəhətdən təmiz materiallardan istifadə edəcəklərini bildirirlər.
Tikintiyə 2023-cü ilin əvvəllərində başlanılması planlaşdırılır. Binanın 2026-cı ildə hazır olacağı gözlənilir.