AVTO

08 Aprel

Mühərrik yağının vaxtından tez korlanma səbəbləri nələrdir?

Motor yağının korlanmasının bir çox görünməz səbəbləri ola bilər. Bu gün sizinlə məhz bu mövzudan bəhs edəcəyik.

İlk olaraq yağın kimyəvi korlanmasına nəzər salaq. Mühərrik yağının temperaturu motor işlədikdə çox yüksəlir. Yağın içindəki minerallar, yüksək temperaturda  hava içindəki oksigenlə birləşərək oksidləşir. Oksitləşmə və turşuluq səbəbi ilə mühərrik yağı qoruma xüsusiyyətlərini itirərək motor hissələri üzərində aşınma, oksitlənmə və saqqızlaşma meydana gətirir. Saqqızlaşma, segmanların ve supapların yuvasında sıxışıb qalmasına səbəb olur.

Digər bir səbəb isə yağın fiziki olaraq korlanmasıdır. Sovurma zamanı silindirə girən havanın içindəki tozlar, yanma nəticəsində meydana gələn çirklər, motor hissələrinin aşınmasından yaranan  yonqarlar, karterə girən qazların içindəki benzin və ya mazut yağın çirklənməsinə və korlanmasına səbəb olur. Yağ filteri  yağın içindəki çirklərin  bir qismini təmizləsədə zaman-zaman bu yetərli olmaya bilər. 

Əgər avtomobilinizdə hava filtri təmiz deyilsə, eyni zamanda aşağı keyfiyyətli benzindən istifadə edirsinizsə, o zaman ilk növbədə motor yağınızın keyfiyyəti aşağı düşəcək, katalizatorun işində nasazlıqlar yaranacaq.