AVTO

08 Aprel

Tesla Hindistan bazarlarında

Elektrikli avtomobil istehsalçısı olan Tesla, yanvar ayında Hindistanda qurulacaq yerli bir şirkətini qeydiyyatdan keçirdi. 

Fins.az xəbər verir ki, bazarda zəngin müştəriləri cəlb etməyi hədəfləyən şirkət, "Model 3" sedanını 2021-ci ilin ortalarından etibarən idxal edib satmağı planlayyır.

Bazar kapitallaşmasına görə dünyanın ən dəyərli avtomobil istehsalçısı, paytaxt - Yeni Delhidə sərgi salonları və xidmət mərkəzləri, ölkənin qərbində maliyyə mərkəzini Mumbay və cənubunda texnoloji şəhəri Benqaluru təyin edib və bu mərkəzləri açmaq üçün hər biri 20.000 - 30.000 kvadrat fut kimi böyük ticarət obyektləri axtarır. 

Xatırladaq ki, oktyabr ayında Teslanın baş icraçı direktoru İlon Mask Tvitterdə şirkətin 2021-ci ildə Hindistana "mütləq" giriş edəcəyini söyləmişdi. 

©invest.az