AVTO

08 Aprel

Dövlət avtomobilləri satışa çıxarıldı: 1000 manatdan

Əmlak Məsələləri Dövlət Xidməti dövlət qurumlarına məxsus olan avtomobillərin növbəti partiyasını satışa çıxarıb.

Fins.az xəbər verir ki, bu dəfə satışa çıxarılan avtomobil və texnikalar arasında Ekologiya Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Şəhərsalma Komitəsi, Dəmir Yolları və sair qurumların avtomobilləri var.

11 may 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin qiymətləri 1000 manatdan başlayır 18 min manata qədər artır.

Siyahıda təqdim edilən bəzi nəqliyyat vasitələri təkrar hərraca çıxarılıb. Təkrar hərraca çıxarılan nəqliyyat vasitələrinin böyük qisminə 10, 25 və 50 faiz dəyərində endirib edilib.

S/N

Balanssaxlayıcı müəssisənin adı

Nəqliyyat vasitəsinin markası

Buraxılış ili

Start qiyməti (manatla)

1

Göygöl Rayon İcra Hakimiyyəti

Vaz-21214

2008

2500

2

Göygöl Rayon İcra Hakimiyyəti

Vaz-21214

2007

2500

3

Energetika Nazirliyi

Vaz-21041

2011

4500

4

Energetika Nazirliyi

Vaz-21041

2011

4500

5

Energetika Nazirliyi

Vaz-21074

2007

3500

6

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Daymler Benz

1989

3000

7

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

HP-820

1993

3000

8

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

KAVZ-685

1983

1200

9

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Buldozer DT-75

1986

1100

10

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Zil-157 KD yük

1982

2000

11

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Vaz 21213

1998

1800

12

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Vaz 21214

2007

2200

13

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Vaz 21214

2006

3000

14

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Vaz 21214

2007

5000

15

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Kamaz 6520-060006

2008

7000

16

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Lafet

1100

1100

17

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Meredes S350

1994

6000

18

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Nissan Maxima

1997

4500

19

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

KAVZ-685

1984

2000

20

Fövqəladə Hallar Nazirliyi 

Qaz 31105-120

2005

5850

21

Fövqəladə Hallar Nazirliyi 

Nissan Pickup

2005

10800

22

Fövqəladə Hallar Nazirliyi 

Mitsubishi L200

2012

18000

23

Kənd Təsərrüfatı Nazirliyi

QAZ-24

1970

1500

24

“Azərbaycan Dəmir Yolları” QSC

Toyota Land Cruiser

1999

15500

25

Energetika Nazirliyi

Qaz - 2705 yük

1999

1000

26

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi

Mitsubishi Galant

2006

6000

Qeyd: 6-19-cu sətirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarının balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

20-22-ci sətirdə Fövqəladə Hallar Nazirliyi balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

23-cü sətirdə Kənd Təsərrüfatı Nazirliyi balansında olan nəqliyyat vasitəsi 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.

24-cü sətirdə “Azərbaycan Dəmir Yolları” QSC balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

25-ci sətirdə Energetika Nazirliyinin balansında olan nəqliyyat vasitəsi 5 dəfədən çox olmaqla 50% endirimlə təkrar hərraca çıxarılır.

26-cı sətirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalanadək qəbul olunur.