AVTO

07 Aprel

Avropada satılan yenilənmiş Jeep Compass modeli təqdim olunub

Yenilənmiş Jeep Compass krossoverinin dünya tqdimatı keçən ilin payızında Çində baş tutub. Daha sonra yenilənmiş krossover yerli istehsalının həyata keçirildiyi Hindistan və Cənubi Amerikada debüt edub.

İndi isə Avropa bazarı üçün nəzərdə tutulan versiya işıq üzü görüb. Köhnə Dünyada satılan model  yerli istehsaldır: krossoverin istehsalına ötən yay İtaliyada başlanılıb və yerli bazar üçün krossover yenidən qurulmuş şassiyə və fərqli mühərrik çeşidinə sahib olub. Hazırda Jeep şirkətinin Avropadakı satışlarının 40 faizini Compass modeli təşkil edir. Yeniləmə digər bazarlar üçün nəzərdə tutulan modellər ilə eyni şəkildə reallaşıb.