2012-ci ildən bəri istehsal olunan GT 86 modeli 200 minlik tirajla satılıb.
Bu, spesifik alıcı kütləsinə malik olan sportkar üçün çox layiqli bir göstəricidir. Bu gün yapon istehsalçısı GT 86 modelinin varisi olan GR 86 sportkarını təqdim edib. Yeni sportkar Toyota Gazoo Racing bölməsi və Subaru şirkətinin birgə məhsuludur. Qeyd etmək gərəkdir ki, yeni sportkar ikinci nəsil BRZ kupesi ilə unifikasiya olunub. Sələfi ilə müqayisədə kupenin ölçüləri böyüyüb və avtomobil daha dinamik olub.