AVTO

07 Aprel

\"Tesla\"nın rəhbərinin kapitalı bir sutka ərzində 6 milyard dollar artdı

“SpaceX” və “Tesla” şirkətlərinin təsisçisi İlon Maskın kapitalı bir sutka ərzində altı milyard dollar artıb.

Fins.az-ın məlumatına görə, xəbər “Forbes Real - Time”ın reytinq siyahısında dərc edilib.

Hazırda İlon Maskın sərvəti 169,8 milyard dollar təşkil edir.

Qeyd edək ki, İ.Mask dünyanın ən zəngin adamlarının siyahısında “Amazon”un qurucusu Ceff Bezosdan sonra ikinci sıradadır.

C.Bezosun sərvəti 188,6 milyard ABŞ dolları təşkil edir.