AVTO

06 Aprel

Kapotun altındakı fikir vermədiyimiz 5 ETİKET - FOTO

Avtomobil kapotunun altında fərqli etiketlərə rast gəlinir.

Bu etiketlərin bəzilərinin mənasını və onların nə məqsədlə yapışdırıldığı barədə məlumatı təqdim edirik.

“Xətt cəkilmiş əl işarəsi”



Kapotu açan kimi ilk gözə dəyən etiket. Bu işarə bir qayda olaraq adətən radiatorun üst hissəsinə yapışdırılır. Həmin hissə isti olduğu üçün əllə toxunula bilməz.

“İldırımlı üçbucaq”



Bu işarə eynilə həm ildırım, həm də nida işarəsi ilə ola bilər. Mühərrik və ya onu qoruyan dərinin üstündə olur. Bu işarə həmən yerə əllə toxunmağın qadağan olduğunu bildirir. Əks təqdirdə, 150 amper gücündə cərəyanla elektrik vurması baş verə bilər. Batareya gərginliyinin yalnız 12 volt olduğunu düşünməməlisiniz.

“Qaynar qazan”



Bu etiketi soyutma sisteminin üzərində görə bilərsiz. Əgər sürücü hələ də isti olan mühərriyin qapağını açarsa,kapotun altında əməlli-başlı “qeyzer” yaratmaq riski var. Çünki qapaq açıq olduğunda sistemdəki təzyiq kəskin şəkildə azalır. Sürücü yalnız yanıqlara deyil, digər sağlamlıq problemlərinə də məruz qala bilər. Antifriz – təhlükəli zəhər olan metil spirtini ehtiva edir.

“Yanğınsöndürmə spreyi”



Bu işarə qoruyucu qutuda görünə bilər. O deməkdir ki, mühərrikin yuyulması qadağandır. Bir çox istehsalçı şirkətlər mühərriyin avto yuma yerində yuyulmasını tövsiyə etmir. Səbəb isə bir çox mürəkkəb elektronikanın burada yerləşməsidir.

“Faizlər”


Faizli işarələr arasında ən sirrlisi “1,3%” yazılanı hesab olunur. Əslində isə burada heç də sirrli bir şey yoxdur. “1,3%” faranın tipini və işıqlandırma gücünü bildirir. Bu o deməkdir ki, lampadan gələn işıq reflektor və ya linza ilə yola doğru 1,3% əyilir. Məlumat elektriklərə avtomobildəki faraların doğru tənzimlənməsi üçün gərəklidir.