Dünyanın ən böyük elektromobil istehsalçısı olan “Tesla” şirkətinin səhmləri bugünki ticarət sessiyası ərzində 8% və ya təxminən 50 milyard dollar bahalaşıb.
Fins.az-ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata əsasən, bahalaşma şirkətin cari ilin birinci rübü üzrə satış göstəricilərinin açıqlanmasından sonra baş verib.
Belə ki, 2021-ci ilin yanvar-mart aylarında “Tesla” dünya üzrə, öncədən proqnozlaşdırıldığı kimi 177 822 ədəd deyil, 184 800 ədəd elektromobil sataraq, gözləntiləri üstələyib. Pandemiya şəraitində qlobal avtomobil bazarındakı azalma fonunda şirkətin öz satışlarını artırması investorlarda ciddi optimizm yaradıb.