Porsche şirkətinin rəhbəri Oliver Blyum, Porsche 918 Spyder modelinin davamçısı olacaq yeni hiperkarın 2025-ci ildən əvvəl işıq üzü görməyəcəyini bildirib.
Top menecer hiperkarın yaradılmasının əsas məqsəd olmadığını söyləyib. “Autocar” nəşrinin bildirdiyinə görə, Porsche şirkətinin son bir ildəki fəaliyyətinin nəticələrinə həsr olunmuş illik konfransda Oliver Blyum, Porsche 918 Spyder superhibridinin davamçısının yaradılmasının hələ də aktual olduğunu, lakin bunun 2025-ci ilə qədər baş verməyəcəyini söyləyib - çünki bu günə alman markasının başqa prioritetləri var.