Bentley şirkəti iki yüz mininci avtomobilinin buraxıldığını bəyan edib.
Britaniya istehsalçısı 200.000 avtomobilin yığılmasına 102 il sərf edib.
Bentley avtomobillərinin 75 faizindən çoxu son 18 ildə istehsal olunub. Bentley şirkətinin yubiley modeli markanın bestselleri olub - bu, Bentayga Hybrid krossoveridir. Bentley nümayəndələri 2003-cü ildə Continental GT kupesinin təqdimatından sonra Britaniya markasının tirajının ciddi dərəcədə artdığını və hazırda Kryudakı konveyerdən hər gün 85 avtomobilin çıxdığını bildirib.