2020-ci ildə onlayn satışlar Gürcüstandan Azərbaycana və Ukraynaya avtomobil ixracatının artmasına səbəb olub.
Bu barədə “Galt Taggart” nəşrinin icmalında yazılıb.
Qeyd olunur ki, Azərbaycan Gürcüstandan gələn avtomobillərin təkrar ixracı üçün ən böyük bazardır.
Məlumatda qeyd olunub ki, koronavirus pandemiyasına baxmayaraq, 2020-ci ildə Azərbaycana avtomobil ixracının ümumi dəyəri 226,4 milyon dollar təşkil edib.
Lakin bu rəqəm ötən illə müqayisədə 12,6 faiz azalıb. İxracdakı azalma ikinci və dördüncü rüblərdə qeydə alınıb.
Gürcüstanın ikinci ən böyük avtomobil ixracatı bazarı Ukraynadır.
Qeyd olunur ki, satışlar illik hesablamada 1,3 faiz artaraq 81,1 milyon ABŞ dolları təşkil edib.
İxrac yalnız ikinci rübdə 68,5 faiz düşüb.